Ramil Şeydayev Avropa bombardirləri sırasında

11:10 17 Yanvar 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə Avropa üzrə bombardirlərin siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda “Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də yer alıb.

 

Azərbaycanlı futbolçu il ərzində vurduğu 25 qolla 21-ci pillədə qərarlaşıb. Onunla birlikdə daha 9 oyunçunun aktivində 25 top var. Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.

 

Cədvələ Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. 24 yaşlı forvard ümumilikdə 56 dəfə fərqlənib. Mbappe ən yaxın izləyicisi olan norveçli Erlinq Halandı 10 qol qabaqlayıb.


Xəbər xətti