“Zirə” günün ilk oyununu uduzdu, ikincisində bərabərə qaldı - YENİLƏNİB

18:49 17 Yanvar 2023

“Zirə” Antalyadakı təlim-məşq toplanı çərçivəsində bu gün daha iki yoxlama görüşü keçirib.

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda əvvəlcə Macarıstanın “Seged-Çanad” kollektivi ilə qarşılaşıb.

 

Oyun Macarıstan təmsilçisinin 1:3 hesablı qələbəsi ilə başa çatıb.

 

İkinci oyunda isə rəqib “Radniçki” (Serbiya) olub. Serblərlə oyunda qol səsi çıxmayıb - 0:0.

 

Xatırladaq ki, “Zirə” daha öncə Rumıniyanın “Kindiya” komandası ilə oyundan 3:2 hesablı qələbə ilə ayrılmışdı.

 

Qeyd edək ki, “Zirə” sabah Bakıya dönəcək.

 

Hazırlıq oyunu

"Zirə" 1:3 “Seged-Çanad” (Macarıstan) (yekun)

"Zirə" 0:0 “Radniçki” (Serbiya) (yekun)


Digər xəbərlər

Xəbər xətti