Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, Antalya hazırlığı çərçivəsində baş tutacaq görüşdə rəqib Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov” olub.
“Titanic Mardan” hotelinin idman kompleksində baş tutacaq qarşılaşma Rusiya klubununqələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, “Sumqayıt” sabah vətənə dönəcək.
Hazırlıq oyunu
"Sumqayıt" 0:1 “Krılya Sovetov” ( Rusiya) (yekun)