“Monako”da icarə əsasında oynayan Aleksander Nübel bu qış "Bavariya"ya qayıtmayacaq.
Sportarena.az “Sky Sports”a istinadən xəbər verir ki, almaniyalı qolkiper Münhen klubuna icarə müddəti başa çatanda dönəcək. Onun “Monako” ilə icarə müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir.
Qolkiperin agenti Ştefan Baks “Sky Sports”a məsələ haqda bu cür danışıb:
“Bavariya"ya qayıtmaqdan söhbət gedə bilməz. Aleksandr mövsümün sonuna kimi "Monako"da oynamağa davam edəcək”.