Misir millisisinin və İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah Fransanın PSJ komandası ilə danışıqlar apaparır.
Sportarena.az Misir mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu mersisaydlıların səfərdə "Brayton"a 0:3 hesabı ilə uduzduğu Premyer Liqanın XX tur oyunundan sonra Paris təmsilçisinin sahibi Nasser Əl-Xəlaifi ilə görüşüb. Şam yeməyində bir araya gələn futbolçu və funksionerin mümkün transferi müzakirə etdikləri bildirilib.
PSJ-nin bir müddətdir Salahı transfer etmək istədiyi və danışıqların müsbət istiqamətdə getdiyi iddia olunub.
Qeyd edək ki, 2017-ci ildən "Liverpul"un şərəfini qoruyan Məhəmməd Salah bu mövsüm meydana çıxdığı 27 oyunda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.