Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, Belçika klubunun kapitanı Vadis Odidja-Ofoe sıradan çıxıb. 34 yaşlı yarımmüdafiəçi ölkə çempionatının 20-ci turunun "Kortreyk"lə matçında (2:1) dizindən zədələnib.
Belçikalı futbolçu əməliyyat olunub. Təcrübəli oyunçunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Qeyd edək ki, “Qarabağ” fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Gent”i qonaq edəcək. Matç 21:45-də başlayacaq. Bir həftə sonra səfərdə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.