Yurgen Klopp “Liverpul”un baş məşqçi postunu tərk etmək fikrində deyil.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlıların rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə əhəmiyyət verməyərək, məşqçinin mövqeyini tam dəstəkləyir.
Buna baxmayaraq, İngiltərə klubu qış transfer pəncərəsində yeni futbolçular almağı planlaşdırmır.
“Liverpul” hazırda 28 xalla Premyer Liqanın turnir cədvəlində 9-cu yerdədir.
Qüyd edək ki, Klopp 2015-ci ildən “Liverpul”u çalışdırır. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.