Azərbaycana dəvət olunan ispaniyalı xoreoqraf Beatriz Brito Aguilera bədii gimnastika üzrə müxtəlif yaş qruplarından ibarət yığma komandalara məşqlər keçir.
Sportarena.az xəbər verir ki, bu haqda Azərbaycan Gimnastika Federasiyasından "Report"a məlumat verilib
Məlumata görə gimnastlar ispaniyalı məşqçinin rəhbərliyi altında xoreoqrafiya məşqləri edirlər.
Hazırlıq Milli Gimnastika Arenasında baş tutur.