"Nant" Almaniyadan futbolçu transfer etdi

20:52 17 Yanvar 2023

Fransanın "Nant" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Şalke"nin yarımmüdafiəçisi Floren Molleni transfer edib. Bu barədə "sarı-yaşıllar"ın rəsmi saytı məlumat yayıb. "Nant" 31 yaşlı vingerlə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, Floren Mollen "Şalke"yə mövsümün əvvəlində "Monpelye"dən transfer olunmuşdu. Fransalı futbolçu Almaniya klubunun heyətində meydana çıxdığı 11 matçda 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti