"Qarabağ"ın zədələn futbolçuları Şahruddin Məmmədəliyev və Abbas Hüseynov Almaniyada əməliyyat olunacaq.
Sportarena.az xəbər verir ki, bu haqda saytın komandalarmızın Antalyadakı hazırlıq-məşq toplantılarını canlı izləyən əməkdaşı Rüfət Nadirli məlumat verib.
Məlumata görə, Abbas Hüseynov və Şahruddin Məmmədəliyev yanvarın 20-25-i aralığında Almaniyaya yollanacaq və orada əməliyyat olunacaq.
Abbas Hüseynovun 6 ay, Şahruddin Məmmədəliyevin isə 2 ay yaşıl meydandan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, oyunçuların hər ikisi Antalyadakı hazırlıq-məşq toplantıları zamanı zədələnib.