Şahruddin Məhəmmdəliyevin zədələnməsindən sonra "Qarabağ"ın yeni qapıçı axtarışında olması ilə bağlı xəbərlər yayılıb.
Sportarena.az xəbər verir ki, bu mövzu bu gün Araz 103.3 FM-də Antalyadan canlı yayımlanan "Arena" verlişində də müzakirə olunub.
"Arena" verlişinin aparıcısı, həmçinin "Sportarena.az" saytının əməkdaşı Rüfət Nadirli bu haqda "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun fikirlərini öyrənib.
Məşqçi klubun yeni qapıçı axtarışında olduğunu təsdiqləyib.
Qeyd edək ki, “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Antalyadakı hazırlıq-məşq toplantıları zamanı qolu sınıb.