Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama matçında qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi öncə "Çukariçki" ilə üz-üzə gəlib. Təmsilçimiz matçdan minimal hesabla qalib ayrılıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin ikinci rəqibi "Poqon" olub. Matç 4:2 hesabı ilə Polşa təmsilçisinin xeyrinə bitib.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl "Rakuv"a 0:3 uduzmuşdu.
Hazırlıq oyunu
"Qarabağ" 1:0 "Çukariçki" (Serbiya) (yekun)
"Qarabağ" 2:4 "Poqon" (Polşa) (yekun)