Antalyada təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi paytaxt təmsilçisi Serbiya “Voyvodina”sı ilə qarşılaşıb.
Təmsilçimiz 4:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Sabah” ilk sınaq matçında Polşanın “Varta” komandası ilə heç-heçə (1:1) edib.
Hazırlıq oyunu
"Sabah" 4:2 “Voyvodina”(Serbiya) (yekubn)