“Qarabağ”ın istədiyi futbolçu transferə çıxarıldı

12:49 18 Yanvar 2023

“Qarabağ”ın heyətinə qatmaq istədiyi futbolçu Frank Bolini Macarıstan klubu “Ferentsvaroş” transferə çıxarıb.

 

Sportarena.az xəbər verir ki, bunu Budapeşt təmsilçisinin idman direktoru Tamaş Haynal yerli mətbuata açıqlamasında deyib.

 

O bildirib ki, baş məşqçi Stanislav Çerçesovla bu məsələni müzakirə ediblər və müqavilə müddəti mövsümün sonuna qədər olan 30 yaşlı hücumçunu qış fasiləsində satmaq qərarına gəliblər:

“Baş məşqçi və futbolçularla çox danışdıq, digər komandalarla da daim əlaqədəyik. Boli zədə səbəbindən hazırda kollektivlə birgə deyil. Ona hər hansı bir maraq varsa, peşəkar nöqteyi-nəzərdən təklifi dəyərləndirməyə hazırıq”.

 

Qeyd edək ki, “Qarabağ” Frank Bolini qış fasiləsində transfer etmək niyyətindədir. Ağdam klubunun hücumçusu Kvabena Ovusu mövsümün sonu üçün “Ferentsvaroş”la anlaşıb.


Digər xəbərlər

Xəbər xətti