İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Braziliyanın “Palmeyras” klubunun yarımmüdafiəçisi Danilonu transfer edib.
21 yaşlı futbolçu ilə 2029-cu ilin 30 iyununa kimi müqavilə imzalanıb. İngilislər bu transfer üçün Braziliya klubuna 20 milyon avro təzminat ödəyiblər.
Qeyd edək ki, Danilo 2020-ci ilin oktyabrından formasını geyindiyi “Palmeyras”da 141 oyuna 12 qol vurub.