Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2022-ci ilin simvolik komandasını açıqlayıb.
Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, 4-3-3 sisteminə uyğun qurulmuş rəmzi “11-lik”də bu futbolçular yer alıblar:
Qapıçı: Tibo Kurtua (Belçika);
Müdafiəçilər: Denzel Dumfris, Vircil Van Deyk (hər ikisi Niderland), Yoşko Qvardiol (Xorvatiya), Teo Hernandes (Fransa);
Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya), Kevin De Bruyne (Belçika), Antuan Qrizmann (Fransa);
Hücumçular: Erlinq Haland (Norveç), Kərim Benzema, Kilian Mbappe (hər ikisi Fransa).