“Napoli”nin baş məşqçisi Luçano Spaletti İtaliya kubokunun 1/8 finalının “Kremoneze” ilə matçından sonra (2:2, penaltilər 4:5) açıqlama verib.
Sportarena.az “Sportmediaset”-ə istinadən xəbər verir ki, o, rəqibin oyun tərzi haqda danışıb:
“Həmişə oynadığımız kimi oynamadıq. Topa sahib olmada çox pis çıxış etdik. Buna baxmayaraq, matça biz nəzarət edirdik. Bir neçə real qol epizodunu nəzərə almasaq, rəqib o qədər də yaxşı çıxış etmədi”.
“Kremoneze” penaltilər seriyasında neapolluları məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.