"Fənərbaxça"da ümidləri doğrultmayan Joao Pedro İtaliyaya qayıda bilər.
Sportarena.az xəbər verir ki, Braziliya əsilli italiyalı hücumçunun xidmətində "Fiorentina" maraqlıdır. "Tuttosport" nəşrinin məlumatına görə, Florensiya təmsilçisi 30 yaşlı hücumçu üçün "sarı-lacivərtlilər"lə danışıqlara başlayıb.
Qeyd edək ki, "Fənərbaxça" Joao Pedronu mövsümün əvvəlində "Kalyari"dən transfer edib. Təcrübəli forvard İstanbul klubunun heyətində meydana çıxdığı 15 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidi