Argentinalı fermerlər qarğıdalı tarlasında Messinin portretini yaradıblar - FOTOLAR

11:01 - 19 Yanvar 2023 - Maraqlı

Argentinalı fermerlər qarğıdalı tarlasında milli komandanın kapitanı Lionel Messinin portretini yaradıblar.

 

Sportaren.az xəbər verir ki, onlar bunu qarğıdalı toxumlarını müvafiq qaydada əkərək ediblər. Tarixi qələbədən sonra əkilən toxumlar bir ay sonra cücərməyə başlayıb.

 

Sözügedən mənzərə aydın havada tarlanın üzərindən uçan təyyarələrdən mükəmməl görünür.

 

Fermerlər bu yolla Qətərdəki dünya çempionatının qazanılmasında böyük rolu olan 36 yaşlı futbolçuya təşəkkür ediblər.

 

Qeyd edək ki, Lionel Messi Fransanın PSJ klubunda çıxış edir. Argentina millisi DÇ-2022-nin finalında məhz "xoruzlar"ı məğlub edərək 3 qat dünya çempionu olub.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin