Azərbaycan Basketbol Liqasında (ABL) XIV tura start verilib.
Sportarena.az xəbər verir ki, açılış oyununda "Sabah" və "Olimpik Şəki" komandaları qarşılaşıblar. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş paytaxt klubunun 77-72 hesablı qələbəsi ilə başa çatıb.
Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (32 xal, 11 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (18 xal, 3 asist) olublar.
Qeyd edək ki, XIV turun "Zirvə Astara" - "AAAF Xırdalan", "Sərhədçi PİK" - "Gəncə" və "Neftçi İK" - NTD oyunları yanvarın 21-i və 22-də gerçəkləşəcək