Fransa Futbol Federasiyasının istefaya göndərilən prezidenti Noel Le Qrey haqqında yenidən araşdırma başladıb.
Sportarena.az Fransa KİV-lərinə istinadən xəbər verir ki, federasiya prezidenti cinsi təcavüzdə günahlandırılır.
Daha əvvəl də təcavüzlə adı hallanan Noel Le Qrey üçün həmçinin Fransa İdman Nazirliyi də araşdırma başladıb.
Xatırladaq ki, mövzu ilə bağlı son olaraq futbol menejeri Sonya Soidin RMC radio kanalına verdiyi röpartajda bunları demişdi:
"Le Qreyin evinə getdim. O isə mənə kömək etməsi üçün onun mənə bəzi şeyləri etməsinə icazə verməli olduğumu dedi".
Qeyd edək ki, Le Qrey Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan haqqında açıqlamalarından sonra istefaya göndərilmişdi.