“Sumqayıt”a transferi gündəmdə olan Kamran Əliyev Rusiyanın “Arsenal” (Tula) klubunu tərk edib.
Sportarena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əliyev “Arsenal”a bu mövsümün əvvəlində keçmişdi. O, sözügedən komandada 14 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Kamran “Sumqayıt”ın Türkiyə toplanışında da iştirak edib. Onun qısa zamanda bu klubla rəsmi müqavilə bağlaması gözlənilir.