Azərbaycanlı futbolçu faciəli şəkildə vəfat etdi

15:59 19 Yanvar 2023

İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, ötən axşam İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda dəm qazından zəhərlənib.

 

Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.

 

Orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif “İmişli”nin U-16 komandasının qapıçısı olub.


Digər xəbərlər

Xəbər xətti