Azərbaycanın sumo güləşçiləri Macarıstanın Erd şəhərində keçirilən “Erd Cup 2023” turnirində 13 medal qazanıb.
Sportarena.az xəbər verir ki, yarışda 7 idmançı ilə təmsil olunan milli komanda 3 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edib.
Böyüklər arasında Camal Feyziyev 115 kq-dan yuxarı çəkidə 1-ci, mütləq çəkidə 3-cü yeri tutub. Sadiq Ağamaliyev 115 kq-da bürünc, mütləq çəkidə gümüş medala layiq görülüb. 70 kq-da çxış edən Xəyyam Abdullayev 3-cü yerlə kifayətlənib.
Gənclərin mübarizəsində Arif Şıxbabayev (100 kq) gümüş, Ramazan Bəxtiyarov (100 kq), Nihad Məmmədzadə (85 kq) və Rüfət Hacıyev (65 kq) bürünc medal qazanıblar.
Şıxbabayev və Hacıyev yeniyetmələr kateqoriysasında turnirin qalibi, Bəxtiyarov və Məmmədzadə 3-cü olublar.