“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, Laurentsiu Regekampf yetirmələrini Serbiyanın “Srvena Zvezda” komandası ilə oyunda sınaqdan keçirib.
“Calista Sport Center”də baş tutan görüş “Neftçi”nin məğlubiyyəti ilə başa çatıb – 0:1.
Komanda sabah – yanvarın 20-də Bakıya qayıdacaq.
Qeyd edək ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb.