Karius “Nyukasl”da qalacaq

20:43 19 Yanvar 2023

Mövsümün əvvəlində “Liverpul”dan azad agent kimi ayrılan Loris Kariusu heyətinə qatan “Nyukasl” almaniyalı qolkiperi saxlamağa qərar verib.

 

Sportarena.az xəbər verir ki, tərəflər arasında sentyabr ayında bağlanmış müqavilənin müddəti 2022-ci ilin 31 dekabrına kimi idi.

 

Lakin tərəflər sözləşməni mövsümün sonuna kimi uzatmaqla da bağlı ilkin razılıq əldə etmişdilər. Klub məhz həmin bənddən istifadə edərək almaniyalı qolkiperi 30 iyuna kimi heyətində saxlamağa qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Karius Almaniyanın “Maynts” klubunun yetirməsidir. O, “Liverpul”la yanaşı, Türkiyənin “Beşiktaş”, Almaniyanın “Union Berlin” klublarında da forma geyinib.


Digər xəbərlər

Xəbər xətti