Moldovalı müdafiəçi İstanbulda klubunu dəyişdi

19:21 19 Yanvar 2023

"Başakşehir"dən ayrılan Aleksandru Epuryanunun yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, moldovalı mərkəz müdafiəçisi karyerasını yenə İstanbulda davam etdirəcək. 36 yaşlı futbolçu şəhərin digər klubu olan "Ümraniyespor"a keçib. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

 

"Ümraniyespor" təcrübəli oyunçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan sözləşmə imzalayıb.

 

Qeyd edək ki, Aleksandru Epuryanu 2014-2023-cü illər ərzində "Başakşehir"də çıxış edib.


Digər xəbərlər

Xəbər xətti