“Neftçi”yə qoşulmaq çox gözəl hissdir” – Lebon

09:12 20 Yanvar 2023

“Neftçi”nin Qazaxıstanın “Astana” klubundan transfer etdiyi fransalı yarımmüdafiəçi Kilan Lebon Azərbaycan təmsilçisinə keçidi ilə bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu sosial şəbəkə hesabında bu sözləri yazıb:

 

“Neftçi”yə qoşulmaq çox gözəl hissdir. Çox şadam və bu formanı geyinməkdən şərəf duyuram. Azarkeşlərə təşəkkür edirəm. Bütün mesajlarınızı və şərhlərinizi görürəm. Dəstəyinizə görə şadam. Ümid edirəm ki, bunun qarşılığını meydanda verəcəyəm. Artıq birlikdə görəcəyimiz işlər var. İrəli, “Neftçi”.

 

Qeyd edək ki, Lebon “Neftçi” ilə 1.5+1 illik müqaviləyə imza atıb.


Digər xəbərlər

Xəbər xətti