Şahmat tacı uğrunda görüşün keçiriləcəyi yer bəlli olub

10:46 20 Yanvar 2023

Rusiyalı Yan Nepomnyaşi ilə çinli Din Liren arasında şahmat tacı uğrunda görüşün keçiriləcəyi yer müəyyənləşib.

 

Sportarena.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma bu il aprelin 7-dən mayın 1-dək Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq.

 

Yeni dünya çempionunu müəyyənləşdirəcək görüşün mükafat fondu 2 milyon avrodur. Qalib bu məbləğin 60%-ni, uduzan isə 40%-ni alacaq.

 

Qeyd edək ki, norveçli dünya çempionu Maqnus Karlsen İddiaçılar Turnirinin son qalibi olan Yan Nepomnyaşi ilə şahmat tacı uğrunda oyundan imtina edib.


Digər xəbərlər

Xəbər xətti