"Barselona"nın futbolçusu danışılmış oyunlara görə həbs olundu

13:54 20 Yanvar 2023

“Barselona”nın keçmiş futbolçusu Xavi Torres həbs edilib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, son olaraq İspaniyada “Luqo”nun formasını geyinən Torres danışılmış oyunların təşkilində iştirak etməkdə təqsirli bilinir. Bu səbəbdən, o, 10 ay müddətinə həbsə və 22 aylıq diskvalifikasiyaya məruz qalıb.

 

2020-ci ildən məhkəməsi davam edən 36 yaşlı futbolçunun bu işdə “Osasuna” klubunun keçmiş rəhbərləri ilə əlbir olduğu müəyyənləşib.

 

Qeyd edək ki, Torres 2007-2009-cu illərdə “Barselona”da forma geyinib.


Digər xəbərlər

Xəbər xətti