Serbiyanın “Srvena Zvezda” klubunun baş məşqçisi Miloş Miloyeviç Türkiyədəki təlim-məşq toplanışında “Neftçi” ilə keçirilən yoxlama görüşü barədə danışıb.
Sportarena.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında 1:0 hesabı ilə qalib gəldikləri oyunda yetirmələrinin çıxışından razı qaldığını deyib:
“Neftçi” üzərində inamlı qələbə qazanmağımız yaxşıdır. 60 dəqiqə meydanda qalan futbolçular yaxşı mübarizə apardılar. Asan olmasa da, göstərdilər ki, mentaliteti yüksək səviyyəyə qaldıra bilirlər. Oyunumuzda lazımi intensivlik də var idi. Az şans əldə edən futbolçulara üstünlük versək də, onlar çox qol imkanı yaratdılar. Bu da müsbət haldır. Onlar “Srvena Zvezda” forması altında oynamaqdan həzz aldılar”.
Qeyd edək ki, Antalya toplanışını başa vuran “Neftçi” Türkiyədə 3 yoxlama oyunu keçirib. “Srvena Zvezda”dan əvvəl Polşa təmsilçisi “Medz Leqnitsa”ya da minimal hesabla (1:2) uduzan “ağ-qaralar”, Türkiyədəki ilk matçında “Vaşaş”la (Macarıstan) 1:1 hesablı bərabərə qalıb.