"Neftçi"nin bu qışdakı ikinci transferi Fransadan oldu.
Sportarena.az xəbər verir ki, "ağ-qaralar" "Astana"dan ayrılmış Kilan Lebonla anlaşdı.
"Neftçi"nin böyük ümidlərlə transfer etdiyi fransalı 22 nömrəli formanı geyinəcək. Təqdim edəcəyimiz videoda 25 yaşlı futbolçunun "Beroe"də oynayarkən göstərdiyi performansla tanış ola bilərsiniz.
Qeyd edək ki, fransalı "Amyen"in yetirməsidir. O, "Şambli", "Utrext", "Qazelek Ayaçço", "Kretey" klublarında oynayıb.