Azərbaycan milli komandasının və “Sabah”ın yarımmüdafiəçisi Anatoli Nuriyev Türkiyədə xoş sürprizlə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, o, hazırda Macarıstanın “Kişvarda” klubunda forma geyinən – Mixailo Hotra və Viktor Heylə görüşüb.
Hər üç futbolçu “Hoverla” klubunun yetirməsidir və bu komandada birlikdə oynayıb.
Xatırladaq ki, Macarıstan klubu da Türkiyədə təlim-məşq toplanışı keçib.