“Belə oynamağa davam etsək, “Arsenal” bizi parçalayacaq”.
Sportarena.az xəbər verir ki, bunu İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola deyib.
İspaniyalı mütəxəssis komandasının son vaxtlardakı çıxışından narazılıq bildirib. O, Premyer Liqanın lideri “Arsenal”la fevralın 15-də keçiriləcək görüşə qədər futbolçularını toparlanmağa səsləyib:
“Arsenal” çox istəklidir. Onlar 20 ildir Premyer Liqanı qazanmırlar və futbolçuları bilirlər ki, qalib gəlsələr, tarix yazacaqlar. Biz də ilk dəfə Premyer Liqanın qalibi olanda, rekordları qıranda belə hiss etmişdik. İndi komandada çatmayan həyəcanı, ehtirası qaytarmalıyıq”.
Qeyd edək ki, hazırda “Arsenal” 47 xalla turnir cədvəlinə başçılıq edir, “Mançester Siti” isə aktivindəki 42 xalla ikinci pillədə qərarlaşır.