İspaniya Kubokunun 1/4 final mərhələsində Madrid derbisi baş tutacaq.
Sportarena.az xəbər verir ki, bu raundun püşkatma mərasimində “Real”la “Atletiko” bir-birinə rəqib olub.
Digər iddialı komanda “Barselona” “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirəcək. “Real” və “Barselona” oyunlarını öz meydanlarında keçirəcəklər. Bundan başqa, “Sevilya” “Osasuna”nın, “Atletik” də “Valensiya”nın qonağı olacaq.
Bir oyundan ibarət olacaq cütlüklərin qalibləri yarımfinala adlayacaqlar. 1/4 final mərhələsinin matçları 24-26 yanvar tarixlərində keçiriləcək.