"İnter"in müdafiəçisi Milan Şkrinyar PSJ ilə razılığa gəlib.
Sportarena.az "L'Equipe"ə istinadən xəbər verir ki, slovakiyalı futbolçunun Fransa nəhənginə keçidi yayda baş tuta bilər. O, yeni komandası ilə azad agent statusu ilə müqavilə imzalayacaq.
"İnter" müəyyən məbləğ əldə etmək üçün isə onu bu qış PSJ-yə sata bilər. Yaxın günlərdə Şkrinyarın Fransaya qışda, yoxsa yayda keçəcəyi dəqiqləşəcək.
Qeyd edək ki,Milan “Jilina”, “Sampdoriya”da oynadıqdan sonra 2017-ci ildə “İnter”ə keçib.