"Yuventus" ciddi cəzalandırıla bilər.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, maliyyə fırıldaqçılığı etdiyinə görə "qoca sinyora"nın A Seriyasında 9 xalının silinəcəyi gözlənilir.
Belə ki, Turin klubunun keçmiş maliyyə menecerləri fırıldaqçılıqda və dörd cinayət maddəsini pozmaqda ittiham olunur.
İtaliya Futbol Federasiyasının Prokurorluğu saxta gəlir bəyənnaməsi təqdim edən "Yuventus"un doqquz xalının silinməsini istəyib.
"Yuventus" hazırda ölkə çempionatında 18 turdan sonra 37 xalla 3-cü pillədədir.