15 xalı silindi - "Yuventus"a ağır cəza

09:28 21 Yanvar 2023

İtaliya Futbol Federasiyası "Yuventus"a ağır cəza verib.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisinin A Seriyasında 15 xalı silinib. Məlumatı yerli federasiyanın mətbuat xidməti yayıb.

 

"Yuventus"un cəzalandırılmasının səbəbi klubun maliyyə pozuntularına yol verməsidir. "Qoca sinyora" federasiyaya saxta gəlir bəyannaməsi tətbiq edib.

 

Cəzadan öncə 37 xalla A Seriyasında turnir cədvəlinin 3-cü pilləsində olan "Yuventus" hazırda 22 xalla 10-cu yerdədir.


Digər xəbərlər

Xəbər xətti