60-a yaxın oyunçunun transferində maliyyə pozuntusuna yol verən "Yuventus"un 15 xalı silinib, köhnə rəhbərliyi isə futb oldan uzaqlaşdırılıb.
Sportarena.az xəbər verir ki, klubun keçmiş prezidenti Andrea Agnelli 2 illik futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Klubun keçmiş vitse-prezidenti Pavl Nedved isə 8 ay futbol fəaliyyətlərindən uzaqlaşdırılıb. Klubun keçmiş idman direktoru olan, hazırda "Tottenhem"də eyni vəzifədə çalışan Fabio Paratic 2,5 il müddətində İtaliyada futbol fəaliyyətindən uzaqlaşdırılıb. Yəni o, qeyd olunan zaman çərçivəsində İtaliya futbol bazarlarına daxil ola bilməyəcək.
Qeyd edək ki, cəzadan öncə 37 xalla A Seriyasında turnir cədvəlinin 3-cü pilləsində olan "qoca sinyora" hazırda 22 xalla 10-cu yerdədir.