Almaniya millisində ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

10:51 21 Yanvar 2023

Almaniya millisində 2022-ci ilin ən yaxşı futbolçusu bəlli olub.

 

Sportarena.az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala layiq görülüb.

 

20 yaşlı oyunçu səslərin 66,2 faizini toplayıb. Onun ən yaxın izləyicilərindən Kay Haverts ("Çelsi", İngiltərə) 8 faizlə ikinci, Yozua Kimmix ("Bavariya") 6,1 faizlə üçüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Almaniya yığması ötən il Qətərdə keçirilmiş dünya çempionatının E qrupunu 4 xalla üçüncü pillədə başa vuraraq mübarizəni erkən dayandırıb.


Digər xəbərlər

Xəbər xətti