Klub saxlanılan Dani Alveşin müqaviləsini ləğv etdi

11:06 21 Yanvar 2023

Meksikanın "Pumas" klubu Braziliya millisinin sabiq futbolçusu Dani Alveşlə yollarını ayırıb.

 

Sportarena.az "Marca" nəşrinə istinadən xəbər verir ki, bu barədə klubun Qəyyumlar Şurasının sədri Leopoldo Silva mətbuat konfransında bildirib.

 

O, İspaniyada saxlanılan 40 yaşlı müdafiəçinin müqaviləsinə xitam verildiyini söyləyib.

 

Qeyd edək ki, Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün həps olunub Təcrübəli futbolçu məhkəmə qarşısında ifadə verəcək. Onun "Pumas"la sözləşməsi yayda başa çatmalı idi.


Digər xəbərlər

Xəbər xətti