"Azərbaycan gimnastları çox yüksək nəticələr əldə ediblər" - İspaniyalı məşqçi

11:44 21 Yanvar 2023

"Azərbaycan gimnastları dünya səviyyəsində çox yüksək nəticələr əldə ediblər və bu uğurların davamı gəlir".

 

Sportarena.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bədii gimnastika üzrə müxtəlif yaş qruplarından ibarət milli komandaların üzvləri üçün xoreoqrafiya məşqləri keçən Beatriz Brito Aguilera deyib.

 

İspaniyalı mütəxəssis Azərbaycan təmsilçilərinin texniki və taktiki cəhətdən çox inkişaf etdiyini bildirib:

"Azərbaycan xalqının milli rəqsləri, folklorla bağlı olan məqamlar onlara xalça üzərində özlərini ifadə etməyə köməklik göstərir. Bütün qazanılmış nailiyyətlərin arxasında böyük əmək dayanır. Bütün bunları zalda gördüm".

 

Milli Gimnastika Arenasında məşq keçən Aguilera Bakı haqqında da danışıb:

"Bu şəhər mənim üçün yuxu kimidir. Uzun müddət burada keçirilmiş beynəlxalq tədbirləri izləmişəm. Bir müddət əvvəl gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə tanış oldum. Onun sayəsində Azərbaycana gələ bildim, möhtəşəm şəhəri və arenanı təcrübədən keçirdim.

 

Məşqçi son olaraq Azərbaycanda gənc nəslin olduqca güclü böyüdüyünü və onların daha yüksək nəticələrə nail olacağını vurğulayıb


Digər xəbərlər

Xəbər xətti