Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubundan ayrılan Vinsent Abubakarı transfer edib. Klubun rəsmi saytı kamerunlu hücumçu ilə danışıqlara başlandığını açıqlayıb.
Qeyd edək ki, Vinsent Abubakar daha əvvəl iki fərqli dönəmdə "Beşiktaş"da çıxış edib. 30 yaşlı forvard 2016/2017 və 2020/2021 mövsümlərində ağ-qara formanı geyinib.