Azərbaycan çempionatının oyunu növbəti dəfə təxirə salındı

13:44 21 Yanvar 2023

Kişi voleybolçular arasında Yüksək Liqanın II turundan təxirə salınmış "Neftçi" - "Xarı bülbül" oyunu növbəti dəfə ertələnib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

 

Bildirilib ki, "Xarı bülbül" klubunun rəhbərliyi komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar görüşün təxirə salınmasını xahiş edib.

 

Qarşılaşma yanvarın 22-də saat 18:00-da başlamalı idi. Matç daha əvvəl "Neftçi"nin voleybolçuları xəstələndiyi üçün baş tutmayıb.


Digər xəbərlər

Xəbər xətti