İstanbul klubu müdafiəçisini 10 milyon avroya satdı

14:51 21 Yanvar 2023

Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Başakşehir"in müdafiəçisi Yussuf Ndayişimiyeni transfer edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Transfer yaxın zamanda rəsmi olaraq açıqlanacaq.

 

"Nitsa" burundili mərkəz müdafiəçisi üçün İstanbul klubuna 10 milyin avro və əlavə olaraq bonuslar ödəyəcək.

 

Qeyd edək ki, "Başakşehir" Yussuf Ndayişimiyeni 2021-ci ilin fevral ayında "Yeni Malatyaspor"dan transfer edib. 24 yaşlı futbolçu cari mövsümdə Super Liqa təmsilçisinin heyəyində meydana çıxdığı 30 matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti