Yanvarda Hektor Bellerinə Premyer Liqadan bir neçə təklif gəlib. Onlardan biri İngiltərə Premyer Liqasında yerini qorumaq üçün mübarizə aparan “Everton”dandır.
Sportarena.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu isə karyerasını İngiltərənin Premyer Liqa klublarında davam etdirmək istəmir.
“Barselona”dan əvvəl Bellerin 2014-2021-ci illərdə “Arsenal”da çıxış etmişdi. 2021-ci ildən 2022-ci ilə qədər futbolçu bir illik icarə əsasında “Betis”də forma geyinib.
2022-ci ilin sentyabrında ispaniyalı “Barselona” ilə bir illik müqavilə imzalayıb. Onun performansı klub rəhbərliyini qane etmir. Kataloniyalılar yayda futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
Qeyd edək ki, Bellerin bu mövsüm 7 oyun keçirib və qol vurmayıb.