Futbol üzrə Xorvatiya çempionatında 18-ci turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Qoriça” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Emreli də bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb.
Son Xorvatiya çempionu olan “Dinamo” 18 turdan sonra 42 xalla zirvədə qərarlaşıb.