İsveçrədə Superliqasında 17-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" "Yanq Boyz"la qarşılaşıb.
Dadaşovun komandası evdə rəqibinə 1:2 hesabı ilə uduzub.
Millimizin forvardı oyuna start heyətində çıxıb və sona qədər oynayıb. O, 94-cü dəqiqədə komandasının vurduğu qolun assistini edib. "Qrasshopper" hazırda 20 xalla 8-ci yerdədir.