Cüdo Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirildi

14:29 22 Yanvar 2023

Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, iclasda 2022-ci il üzrə fəaliyyətin nəticələri və 2023-cü il üçün hədəflər müzakirə edilib.
 
Qeyd edilib ki, ötən il milli yığmaların işinin təşkili, ölkədə cüdonun inkişafı və kütləviləşdirilməsi, fəaliyyətin rəqəmsallaşdırılması, hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin  artırılması, maddi-texniki infrastrukturun yaxşılaşdırılması, təhsil layihələrinin reallaşdırılması, daxili yarışların sayının və səviyyəsinin artırılması, regionlarda cüdonun inkişafı istiqamətində hərtərəfli və kompleks fəaliyyət göstərilib.
 
Həmçinin, 2023-cü içün Federasiyanın əsas fəaliyyət hədəfləri və planları üzrə sənəd İcraiyyə Komitəsinə təqdim edilib. 
 
2022-ci il üzrə hesabat və cari il üzrə planlar ətrafında aparılan müzakirələr zamanı İcraiyyə Komitəsinin üzvləri görülən işləri yüksək qiymətləndirərək, öz tövsiyələrini və fikirlərini bildiriblər. 


Digər xəbərlər

Xəbər xətti