“Çelsi”nin futbolçusu Kay Haverts bu yay Bundesliqaya qayıda bilər.
Sportarena.az “Sky Germany”-ə istinadən xəbər verir ki, “Bayern” 23 yaşlı alman futbolçunu 58 milyon avroya almağa hazırdır. Münhen klubu uzun müddətdir ki, Havertsin çıxışını izləyir ki, bu da onları qane edir.
Haverts 5 qolla “Çelsi”nin Premyer Liqada bombardiridir.
Qeyd edək ki, “Bayern” hazırda 34 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir.